1. HABERLER

  2. GÜNCEL

  3. Hanəli Kərimli : BİR YATMIŞ VOLKANDIR KOSKOCA TURAN
Hanəli Kərimli : BİR YATMIŞ VOLKANDIR KOSKOCA TURAN

Hanəli Kərimli : BİR YATMIŞ VOLKANDIR KOSKOCA TURAN

Şair ve yazar Haneli Kerimli'den Lirik Monolog : BİR YATMIŞ VULKANDIR KOSKOCA TURAN

A+A-

Xanəli Kərimli

BİR YATMIŞ VULKANDIR KOSKOCA TURAN

(Lirik monoloq)

Yenə yerə,göyə sığmır inadım,

Yenə coşub daşır dəlisov qanlar.      

Yenə Xankəndində,Xocavəndimdə..

Qoşa at oynadır sarıyla yanlar.

 

Hələ soyumamış şəhid qanları,

Hələ ayaqdadır şəhid məzarlar.

Sən öz həddini qan dişi canavar,

Yenə qan çanağın başında çatlar...

                                 

Səni gətirdilər qoca Qafqaza

Üfunət qoxusun abu-havası.

Gəlişin min bəla,fəsad gətirdi,

Yarandı Qafqazda iblis yuvası.

                                  

Qucaq açdı sənə “dindaşlarımız”,

Atdı ayaq altda dini,Quranı.

Heyif ki,yadına salmadı onlar

Ulu babaları bədnam Daranı.

 

Min illər qapımda yallanan yalaq,

Düşmən qapısında quyruq buladın.

Quyruğun qapıda qalanda ancaq

Mənim ayağıma düşüb uladın.

 

Bu da bir tarixdir,keçib gedəcək...

Yenə diz çökəssən qarşımda mənim.

Yenə yalmanassan tülkü sayağı,

Çünki ləyaqətin olmayıb sənin.

 

Bir əlin təsbehli,bir əlin qanlı

Səcdəyə gedirsən:”Allahu-Əkbər”.

Sənin hər oyunun,hər fırıldağın

Unutma,daş olub başına düşər.

 

Vermisən sarıyla yanla başbaşa

Mənə “xox” gəlirsən hər addımbaşı.

Ancaq həqiqəti qanmamısan sən:

Mən TÜRKƏM,başsızın kəsmişəm başın.

 

Varaqla tarixi bir ayıq başla

Sən gəlib atəşlə,odla oynama.

Tomristək qanında boğmuşam səni

Yalandan kükrəyib coşub qaynama...

 

Sənə haram olsun o din,o Quran,

Gözünə duracaq qıldığın namaz.

Sən yandan şərəfsiz,yandan da alçaq,

Yandan da həyasız zatsan,utanmaz!!!

 

Sən hələ bilmirsən kimsən,nəçisən,

Kökündən xəbərsiz xəbis,riyakar.

Səni mən qaldırıb “adam” elədim,

Özündən bixəbər gözü,könlü dar.

 

Viranı İrana çevirən mənəm.

Sənə mən vermişəm göz işığını.

Xətai,Nadir şah,Qacar,Səttarxan...

İrana qaytardı yaraşığını.

                                   

Sən isə İranı etmisən viran,

İndi qalmayıbdı daş üstə daşı.

Gətirib çıxartdın ocaq başına

Özün tək oğrunu,o quldurbaşı.

 

... Quran başım üstə,Turan önümdə,

İmanım inamla qoşalaşıbdı.

Mənim birliyimi,dönməzliyimi

Görən dinsizlərin ağlı çaşıbdı.

                                  

Yarıb qaranlığı gur işığıyla

Əfrasiyab dediyin o Alp Ər Tonqa.

Gəlir boran ilə,gurşad,tufanla

Verməyə yenə də haqqı nahaqqa.

 

Gəlir bayrağını qaldırsın daha

TURAN dediyiniz o məmləkətin.

Bir də tarixlərdə dastana dönmüş

Yenilməz o uca TÜRKÜN qüdrətin.

 

Tanrı ordusudur Türkün ordusu,

Odur ədalətin,haqqın dayağı.

Odur Gündoğandan Gün batanadək

Haqqın qibləgahı—İslam bayrağı.

 

Sənsə o bayrağı “bayraq” eyləyib,

Satdın imanını murdar yanlara.

Dini,”imanını”,”namus”,”arını”

 Qurban eləmisən ölü canlara.

 

Sən İslam bətnində bir qara yara,

Saldın İslamı da hörmət,dəyərdən.

İndi üzün yoxdur haqqa baxmağa,

İndi qovulursan,şeytan,hər yerdən.

 

Bağlandı üzünə dost qapıları,

Düşmən qapsında xoş keçər günün.

Gərdiş eyləsən də iblissayağı,

Bəllidir amalın,bəllidir yönün.

 

Nə sağın qalıbdı,nə də ki solun,

Özün öz içində çatlayacaqsan.

Təkcə bir yanlardır “köməyin”,”qolun”

Çox çəkməz, yanı da anlayacaqsan.

 

Görəssən nankordur o da sənin tək,

Çünki bir kökdəndir soyun,soydaşın.

Donuzxana etdi İslam məscidin

Sənin öpüşdüyün Vartan qardaşın

 

Sənin imanın da,"dinin” də yalan,

Dinin qurgenlərin dinidir bəlkə?...

43 ildir “islam” pərdəsindədi

Sənin tək xaçpərəst,saxta  bir ölkə.

 

İndi dəyişibdi zamanın rəngi,

Daha cırılmayan maska qalmayıb.

Sənin tək çörəyi diz üstə olan

Tarixdə elə bir ölkə olmayıb.

 

...Mənim azadlığım,müstəqilliyim

Sənin də yuxunu qaçırıb çoxdan.

Bil ki,haqqı üçün çarpışan millət

Səni kül eyləyib salacaq taxtdan.

 

Özün öz abrına kor olmaqdansa,

Aslan yatağına çöp uzadırsan.

Min dəfə əhlətə dəysə də başın

Nə abır edirsən,nə usanırsan.

 

Bir yatmış vulkandır koskoca Turan.

Qalxıb püskürəndə qiyamət olur.

Sən öz həddini bil,həddini aşan!..

Sonrası...

            Sonrası...

                       Müsibət olur...

03-05.11.2022

Önceki ve Sonraki Haberler

HABERE YORUM KAT

UYARI: Küfür, hakaret, rencide edici cümleler veya imalar, inançlara saldırı içeren, imla kuralları ile yazılmamış,
Türkçe karakter kullanılmayan ve büyük harflerle yazılmış yorumlar onaylanmamaktadır.