1. HABERLER

  2. GÜNCEL

  3. Haneli Kerimli'nin "Bayrağını Uca Kaldır, Ana Vatan” isimli lirik poeması üzerine bir değerlendirme
Haneli Kerimli'nin "Bayrağını Uca Kaldır, Ana Vatan” isimli lirik poeması üzerine bir değerlendirme

Haneli Kerimli'nin "Bayrağını Uca Kaldır, Ana Vatan” isimli lirik poeması üzerine bir değerlendirme

Şair ve yazar Haneli Kerimli'nin "Bayrağını Uca Kaldır, Ana Vatan” isimli lirik poeması üzerine bir değerlendirme...

A+A-

ŞAİR - YAZAR HANELİ KERİMLİ VE “BAYRAĞINI UCA KALDIR, ANA VATAN"

POEMASI ÜZERİNE BİR DEĞERLENDİRME

Mert ÇAKMAK / Araştırmacı - Yazar

Azerbaycanlı şair ve yazar Haneli Kerimli’nin “Bayrağını Uca Kaldır, Ana Vatan” isimli lirik poeması günümüz dünyasında üzerinde yaşadığımız toprakların, vatanımız olmasının ne kadar anlamlı ve ne kadar önemli olduğunu bir kez daha bizlere anlatıyor, Türkiye Azerbaycan sevgisini önde tutuyor, vatanın ne derecede önemli olduğunu bizlere hissettiriyor.

Azerbaycan’ın Nahçıvan Özerk Cumhuriyeti’nde yaşayan, poemalarında ve makalelerinde, vatan, millet, bayrak, devlet ve Haydar Aliyev sevgisini sürekli konu edinen Haneli Kerimli’nin Türkiye’ye olan sevgisi de biliniyor.

Türkiye’deki çeşitli gazete ve dergilerde makaleleri - şiirleri yayımlanan ve Türkiye halkı tarafından da tanınan bir yazar olan Haneli Kerimli’nin Türkiye Azerbaycan kardeşliğine Nahçıvan’dan sunmuş olduğu katkılar da büyük önem arz etmektedir.

Haneli Kerimli’nin “Bayrağını Uca Kaldır, Ana Vatan” isimli lirik poeması  oldukça dikkat çekicidir. Baştan başa duygu ve anlam dolu ifadeler içeren, vatan, millet, bayrak, devlet ve Haydar Aliyev sevgisini ön plana çıkaran poemayı incelediğimizde bizlere birden fazla duyguyu aynı anda yaşatacak, yılların birikimiyle kaleme alınmış devasa bir poema karşımıza çıkıyor.

Anavatan Azerbaycan’ı var olduğu günden bugüne güneşli bir ülkeye benzeten Azerbaycanlı şair ve yazar Haneli Kerimli, ülkenin başının dertlerden kurtulamadığıyla söze başlıyor.

Azerbaycan'ın askerî ve diplomatik zaferi ile sonuçlanan Karabağ Savaşı'na değinen şair Kerimli, Karabağ’ı Azerbaycan’ın ayrılmaz en önemli parçası olarak görüyor ve Karabağ sevgisini bu poemasında yüksek sesle dile getiriyor.

Karabağ’a, Karabağ Zaferi’ne, Azerbaycan askerinin gücüne, Yüce Yaratan’ın hikmetine ve Azerbaycan milli iradesinin kudretine büyük ve güçlü atıflarda bulunan Haneli Kerimli’nin “Bayrağını Uca Kaldır, Ana Vatan” isimli lirik poeması Azerbaycan'da tablo olarak duvarlara asılmalı, okullarda okutulmalı, bu önemli poema hakkında paneller düzenlenmelidir.

Gelin Azerbaycanlı şair ve yazar Haneli Kerimli'nin “Bayrağını Uca Kaldır, Ana Vatan” lirik poemasını bir kez daha okuyalım :

Xanəli Kərimli       

                     BAYRAĞINI UCA QALDIR,ANA VƏTƏN...

                                       (Lirik poema)                    

Ana Vətən!Sən  günəşli ölkə kimi var olsan da yaranışdan,

Başın heç vaxt açılmadı nə borandan,nə şaxtalı qarlı qışdan!...

                                        ***

Azərbaycan bir üzüksə,o üzüyün qaşı sənsən,Qarabağım,

Azərbaycan bir bədənsə,o bədənin başı sənsən,Qarabağım,

Azadlığın,enməzliyin əfsanəvi  yaşı sənsən,Qarabağım.

 Həm kədərli,həm sevincli gözümün də yaşı sənsən,Qarabağım.

Sənsiz mənim ürəyim də para idi,yara idi,Qarabağım,

Sənin belə quru adın dərdlərimə çarə idi,Qarabağım.

İllərdir ki,şeytanlığın,iblisliyin beşiyində dustaq idin,

Sinəmizə çalın-çarpaz çəkdirilən bir dağ idin,Qarabağım.

Nə əlimiz,nə ünümüz yetməyirdi nə bir kəsə,nə də sənə.

Əriyirdik,əriyirdin,sozalırdıq ildən-ilə,gündən-günə.

ATƏTlərin,matətlərin əlində bir oyuncaqdın illərlə sən,

Qara günün,qara bəxtin əzabını hey çəkirdin günlərlə sən.

Səndən ötrü vurnuxurduq,əzilirdik içimizdə,çölümüzdə,

Səndən ötrü ayaqdaydı oğlumuz da,qızımız da ,...ölümüz də.

Kimlərinsə günahının olmuş idin sapand daşı,qan savaşı,

                                           

Onunçün də sinən üstə at oynatdı oğrubaşı,quldurbaşı.

 Canımızı dişimizə tuta-tuta,sıxa-sıxa dözdük yenə,

Çarən üçün illərdir ki,qitə-qitə,ölkə-ölkə gəzdik yenə,

Açılmayan  düyün idi taleyinə düşmənlərin yazan yazı,

Düşünürdük,sənin xilas yolun çəkər bundan sonra qırx il azı...

Əllərimiz üzülmüşdü haqq deyilən,fafkt deyilən dərgahdan da,

Ancaq yenə ümidimiz kəsilmirdi Haqq deyilən Allahdan da.

Haqqımızı yeyirdilər gözgörəti bilə-bilə,qana-qana,

Qovrulurduq içimizdə köz üstündə cızdağımız yana-yana.

Vuruşurduq,döyüşürdük içimzdə özümüzlə,sözümüzlə,

Sənin dustaq taleyinə dözənmirdik qəlbimizlə,gözümüzlə.

Ancaq Zaman inad ilə səbir dedi,dözün dedi bizə bir az,

Bu haqqsızlıq,şərəfsizlik ömrü boyu belə getməz,belə qalmaz...

Bu da bəlkə bizim üçün bir imtahan bir yazıymış sınaq üçün,

Dostumuzla düşmənimi ayırd edib seçmək üçün,qınaq üçün...

Qarabağım!Sənin qara bəxtin üçün günahkarıq biz hamımız,

Biz özümüz özümüzə qənim olub qurban dedik canımızı

Özgələrə,gəlmələrə,çörəyi də dizi üstə olan şeytan ölkələrə.

Qonaqladıq,qaraladıq,süfrəmizi paraladıq ac-yalavac alçaqlara.

Qucaq açıb yerləşdirdik şeytanları,iblisləri isti otaq-ocaqlara.

Qanı qanla yumalıykən qanı yuduq su ilə ki,biz insanıq,

                                                

 Allah xoflu,iman xoflu,əli kitab Quran xoflu  müsəlmanıq.

 Bizim kimi millət yox ki bu dünyada, ağzımızın tikəsin də,

Cibimizin son qəpiyi ,sikkəsin də saxlamışıq qonaq üçün,

Dedik əsir-yesirlərə ,yazıqlara:“buyur,gəlin,başa keçin”.

Özümüz öz əlimizlə quyu qazdıq özümüzə,sözümüzə,

 Handan-hana ayılanda ha döysək də dizimizə,üzümüzə,

Ox kamandan çıxmışdı ta,özümüzü öz əlimiz yıxmışdı ta,

Çörəyimi yeyən düşmən xəncərini ürəyimə soxmuşdu ta...

“Öz-özünə eyləyənə el yığıla edə bilməz” məsəli var,

Heyf,bizi gec ayıltdı bu məsəllər,bu hikmətlər,bu kitablar.

Özümüzə qayıtmaqçün yollar gəzdik illərlə biz,aylarla biz,

Zülmətləri yara-yara,qova-qova axtarırdıq təmiz bir iz.

Şükür Tanrı dərgahına,şükür Haqqa ,Qarabağım-sinə dağım,

İndi-indi ayaq açır yeni dövrüm,yeni çağım,ilk növrağım.

İndi daha Günəş doğub- zülmətlərin bağrın yaran yeni Günəş,

O Günəşin şəfəqindən güc alaraq işıqlanır yeni duyğu,yeni həvəs...

Bundan sonra səni səndə ovudacaq o Günəşin hərarəti,

Saflaşdırıb duruldacaq hər arzunu,hər istəyi,hər niyyəti.

Bundan sonra Xarı bülbül pardaqlansın,çiçəkləsin ürəyincə,

İsa bulaq hey çağlasın bundan sonra gərəyincə,görəyincə.

Səni sənə qaytardı o Haqqa bağlı ulu qüvvət,ulu qeyrət,

                                                  

Bu qeyrətin qabağında diz çökübdü  xəstə “millət”,cılız “dövlət”.

Bu da bizə bir dərs olsun,bir dərs oldu,gözüm nuru,Qarabağım,

Bundan belə qoy başlasın  arzu dolu,ümid dolu yeni çağın.

Bəsdi daha qucaq açdıq,çörək verdik bəşəriyyət düşməninə,

Kökü-soyu haydan gələn hayla gedər,lənət bunların cəminə...

İçimizdə kök salmısdı,qan salmışdı illər boyu düşmən əli,

Havadarlar əli ilə üstümüzə uzanırdı tülkü dili,ilan dili.

Hər biri də yerləşmişdi ürəyimin şah damarı keçən yerdə,

Əlimizi,qolumuzu bağlamışdı Vətənimdə və hər yerdə.

Doğurdular,artırdılar tülkü kimi,siçan kimi qırx gündən bir,

İçimizi ,çölümüzü  qoxutmuşdu,iylətmişdi basmışdı kir.

“Bir az yana çəkil” decək haylaşaraq,birləşərək hürürdülər,

Bizi bizdə ovsunlayıb aldan-altdan işlərini görürdülər.

Üç yüz ildir qanımıza qan qatdılar bilə-bilə,görə-görə,

Üç yüz ildir başımızı aldatdılar şirin vədələr verə-verə.

“Bilmədilər” yalan ayaq tutar getməz,sona yetməz,

“Bilmədilər” təmiz torpaq hiylə ilə,kələk ilə bar yetirməz.

Çörəyimə,ürəyimə dönük çıxdı haqqa dönük çıxan “millət”,

Haqqa  dönük çıxanlarda olmayıbdı nə cəsarət,nə də qeyrət.

İndi düşüb ayaq altda rəzil olub yalmanırlar o qapida,bu qapıda,

İndi daha üz döndərib şərəfsizdən yaxını “düşmən sapı da”..

                                                   

Qarabağım!! Qarabağım!! İftixarım,şərafətim,baş tacımsan!!

Azadlığım,ucalığım,enməzliyim,əbədilik amacımsan,əlacımsan.

Səndən ötrü qan tökmüşük tarix boyu nəsil-nəsil,fəsil-fəsil,

Səndən ötrü qan tökürük bu gün də biz şəhid-şəhid,əsil-əsil.

Havan təmiz,suyun təmiz,çörəyinin dadı təmiz,tamı təmiz,

Saf ilqarın,təmiz duyğun,təbiətin füsunkar ilhamın təmiz,

Onunçün də tarix boyu göz dağısan azğınlaşmış alçaqlara,

Onun-bunun bucağında,qucağında yallanan o yaltaqlara.

Yaltaqlğın,alçaqlığın həddi yoxdur,səddi yoxdur yaranışdan,

Yaltaqlığın,alçaqlığın gətirdiyi bəlalar da qoxuludur qarlı qışdan.

Ancaq Haqqın haqq gücü də gec eyləyir güc eyləyir el demişkən,

Bir güc var ki,Haqqdan gəlib,Haqqı deyir həm yenilməz,həm döyüşkən:

Bu güc bütün məzlumların,qaçqınların,köçgünlərin haqqın tutan ULU TÜRKDÜR,

Onun sözü,onun gücü Tanrı qədər çox ötkündür,çox böyükdür!

Bu dünyaya düzən üçün göndərilmiş enməz Tanrı ordusudur,

Ulu Türküm Haqq istəyən hər millətin ən müqəddəs arzusudur.

Mən də türkəm,bu düzəndə mənim də öz haqqım vardı,payım vardı.

Onunçün də Haqqa qənim olanların gözü kordur,qəlbi dardır.

Qarabağım,sən Haqq deyən bir millətin inadından doğulmusan,

Al bayraqlı,dan ulduzlu,nur hilallı bir səhərdən var olmusan.

İndi daha ruhun gülür,qəlbin gülür,gözün gülür,üzün gülür,

                                                   

Görüşünə əli güllü çiçək dolu dəstə-dəstə ellər gəlr,illər gəlir.

Üç yüz ildə görməmişdin sən bu qədər nə cahcəlal,nə təntənə,

Alqış deyir Yer də,Göy də taleyinə işıq saçan bu xoş günə.

Bu xoş günə qovuşmaqçün üç yüz ildir yol gəlirdi Azərbaycan

Bu xoş günə qovuşmağı  gözləyirdi Şah İsmayıl-ulu xaqan...

                                                ***

Qarı düşmən,papağını(varsa əgər) qoy qabağa düşün bir az,

Yaltaqlıqla,alçaqlıqla nə bir dövlət,nə bir ölkə qurmaq olmaz.

Yaxşı deyib bəy babalar,xan babalar,hər sözü mərcan babalar:

“Oğrudan ev quran olmaz ev sahibin girdən salar,vardan salar”.

Sən Allahın qarğımışı,oğrubaşı,”yazıq”,”məzlum”quldurbaşı,

Hələ bir az amanın var,ətəyindən tök bu daşı,kəs savaşı,

Bir tikəyə qul eyləyib oynadırlar səni əldə,”can” deyirlər sənə dildə,

Onlar da çox gözəl bilir boğulassan ,batacaqsan daşan seldə...

Yüzillərdir dadanmısan türk qanını içməyə sən şərbət kimi,

Talamısan havadarlar əli ilə türk yurdunu sərvət kimi.

İndi qalxıb ayağa,bil, haqq savaşlı Turan eli-Haqqın güclü vuran əli,

Silkələyib oturdur o öz yerində Haqqa dönük “millətləri”,”ölkələri”.

Baş kəsməklə,qan tökməklə yaşayarsan beşcə günlük,bir həftəlik,

Ondan sonra bükəcəklər dizlərini olacaqsan əldə ənik...

Tarixlərdən xəbərsizsən,çünki özün soysuz-köksüz tarixsizsən,

                                            

Tarixlərə yamaq olan zatı,kökü bilinməyən bir iblissən.

Qarı düşmən,yüz ildən bir öz əlinlə öz ölmünə qol çəkirsən,

Yüz ildən bir bəşəriyyət tarlasına fitnə səpib qan əkirsən.

Ancaq yenə abır hissi yoxdur səndə nə dünəndə,nə bu gündə

 Sən çıxdığın,sən gəldiyin yerə kimi qovacağıq səni, düşmən,

Tökdüyün qan dənizində boğacağıq nəsilliklə səni həmən.

Bəlkə onda bəşəriyyət xilas oldu sənin kimi şər püskürən bir iblisdən...

                                                ***

Başı uca olan Vətən,ucalardan ucadasan dünəninlə, bu gününlə,

Bir azadlıq məktəbisən həm sağınla,həm solunla-hər yönünlə.

Onsuz da bir canda idik,indi də bir can olmuşuq-Qrabağlı,

Həm Göyçəli,Zəngəzurlu,İrəvanlı,Naxçıvanlı,Qardağlı...

Sənsiz bizım bir anımız,bir günümüz olmamışdır,ana Vətən,

Səndən belə bircə qor da aparanmaz min-min gələn,min-min gedən.

Səndən ötrü,Məmməd Araz demiş belə “biz hamımız ölə billik”.

Səndən ötrü qəlbimizi,canımızı qıyma-qıyma bölə billik.

Qarı düşmən yaxşı görüb,yaxşı görür qüdrətini,cürətini,

Yaxşı bilir canındakı,qanındakı heyrətini,qeyrətini.

O heyrətdir,o qeyrətdir səni daim uca tutan,ana Vətən!!

O heyrətdən,o qeyrətdən doğulubdu sənin üçün şəhid düşən!!..

Hər qayanda,hər daşında,çiçəyində,gülündə də şəhid qanı,

                                               

Bu dünyada “şəhid qanı tölülməyən ölkə hanı,vətən hanı”*

Vətən şəhid qanı ilə yoğrulmuş bir torpaqdır ki,yox qiyməti,

Bu qiymətin qiymətidir mərd igidlər, şanlı oğular qeyrəti

Azərbaycan,sən analar anasısan,Qarabağ da balan sənin,

Öz balana qovuşsan da,bilirəm ki, qövr eyləyir yaran sənin.

Zəngəzurun,Göyçə gölün ,İrəvanın... yol gözləyir azadlıqçün,

Duyğuları oyatmalı,İlkininə qayıtmalı,olmalısan vahid-bütün.

Buna sənin cəsarətin,ləyaqətin,inamın da çatır VƏTƏN!!

Bütöv olsan,vahid olsan,çəkinəcək,susacaqdır yoldan ötən...

Sən dünyaya Xətailər,Nadirləri** bağışlayan məmləkətsən,

Bütün Şərqdə ilk azadlıq bayrağını qaldıran da , axı, sənsən ,

Cümhuriyyət havasını sən daddırdın bütün Şərqə,bütün Qərbə,

Ətalətə,mütiliyə,köləliyə sən çalmısan ilkin qılınc,ilkin zərbə.

Bundan sonra mürgü vurub Haqq yolunda ləgiməyə haqqın yoxdur,

Ayaq üstə qalmaq üçün hər imkanın,hər qüdrətin yetər... çoxdur.

 Onu bil ki, bu kəhkəşan yollarında   bircə anlıq sən dayansan,

Yenə quduz köpəklərin dişi ilə tikə-parça olacaqsan...

 

Bayrağını uca qaldır, ana Vətən,indi meydan,söz sənindir,

Sən Tanrıdan yaranmısan ,Tanrı köklü bütün Turan Vətənindir!!..

Bütün tarix sədlərini əbədilik qırmaq üçün,enmək üşün,

                                                    

“ Vətəninin sərhəddinə,son həddinə ,son səddinə dönmək üçün,

Zaman döyür qapımızı, yaman döyür qapımızı,

yaman döyür qapımızı”!!!***

                                                                             Naxçıvan,   25-29.10.2020.

----------------------

*Bu fikir Xalq şairi M.Dilbaziyə məxsusdur.

**Asyanın sonuncu imperatoru Nadir şah Əfşar nəzərdə tutulur.

***Bu iki misra mənim otuz il bundan qabaq yazdığım “Yuxuda gördüyüm” dağ şeirindəndir.

Önceki ve Sonraki Haberler

HABERE YORUM KAT

UYARI: Küfür, hakaret, rencide edici cümleler veya imalar, inançlara saldırı içeren, imla kuralları ile yazılmamış,
Türkçe karakter kullanılmayan ve büyük harflerle yazılmış yorumlar onaylanmamaktadır.